“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. Bu sözlər Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayevə məxsusdur. O, bu bəyanatı rəhbəri olduğu nazirlikdə Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirən zaman söyləyib. Əbülfəs Qarayev açıqlamasında öz “obyektivliyini qorumağa” çalışıb. Lakin unudub ki, cəmiyyət hər şeyi görür. Unudur ki, rəhbəri olduğu quruma cavabdeh və məsuliyyət daşıyan bir nömrəli şəxs elə məhz özüdür!
Əbülfəs Qarayev məgər uzun illər köməkçisi olduğu Rafiq Bayramovu nazir müavini postuna təqdimatını yazanda onun xislətinə bələd deyildi?! Təbii ki, bələd idi! Və ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə təqdimatını verdiyi Zakir Sultanovun törətdiyi cinayətlərdən xəbəri yox idi?! Təbii ki, var idi. Hətda bu həbs edilmiş şəxslərlə şərik idi deyə bəlkə də onların fəaliyyətlərini uzun illər himayə edib. Axı bir məmur rəhbərlik etdiyi qurumda nələr baş verməsindən necə xəbərsiz ola bilər axı? Əgər bir nazir rəhbərlik etdiyi qurumda baş verən qanunsuz əməllərdən və rüşvətxorluq kimi cinayət əməllərindən həqiqətən də xəbərsizdirsə demək ki, daha nazir olmağa yararsızdır.
Ölkə rəhbərliyinin korrupsiyaya qarşı qətiyyətli siyasəti nəticəsində bu qurumda həbslər həyata keçirilib. Ciddi-ciddi ittihamlarla həbs edilənlər var. Ortaya böyük cinayətlər çıxıb. Mədəniyyət naziri nə edir? İstefa verib də obyektiv araşdırma prosesinə tövhə vermək əvəzinə öz fəaliyyətini davam etdirir. Əbülfəs Qarayev bir nazir olaraq bu çirkaba bulaşmadığından əmindirsə, obyektivlik nümayiş etdirməli, istefa verərək öz məsuliyyətini dərk etdiyini açıq nümayiş etdirərək heç nədən çəkinmədiyini ortalığa qoymalıdır. Artıq uzun illərdir bu quruma rəhbərlik etmiş bir məmurun rəhbərliyi altında hansısa müavini, köməkçisi, baş idarə rəhbəri belə qanunsuzluqlar edibsə burada xəcalət çəkməli birinci dərəcəli şəxs elə həmin qurumun rəhbəridir.
Mən buradan Əbülfəs Qarayevə səslənirəm:
