Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Məzahir Pənahov: Namizədlərin qeydə alınması prosesinə başlayacağıq

734
Paylaş:
Məzahir Pənahov: Namizədlərin qeydə alınması prosesinə başlayacağıq

Növbədənkənar prezident seçkilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, namizədlərə lazım olan sənədlər hazırdır.

“Sənədlər təqdim ediləndən ən azı 7 gün ərzində namizədliyin qeydə alınması üçün sənədlərə baxıb qərar verəcəyik”, - deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş:

Ən son xəbərlər