Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.
Qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və avtomobildə tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.