Lökbatan qəsəbəsinin 20 Yanvar, Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində yaranan böyük gölməçələr yolları keçilməz edib.
Sakinlər bildiriblər ki, nə uşaqlar məktəbə gedib-gələ bilir, nə də özləri bu yollardan istifadə edə bilirlər. Bu azmış kimi təcili yardım çağıranda belə əraziyə maşın gəlmir.
Həmçinin yağış yağanda ərazidən keçmək mümkün olmur.