Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyatı uğurlu keçib.
Hər iki şəxs cərrahi müdaxilədən sonra klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Əməliyyatda iştirak edən həkimlərdən biri pasiyentlərin yaxınlarına bildirib ki, onların sağlıq durumu yerindədir və həyatı təhlükəsi yoxdur.