Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib.