Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 21.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Göygöl, Xaçmaz, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Quba, Qusar, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəydə) qar yağıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 33 m/s, Daşkəsəndə 25 m/s, Naftalan, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasənın məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.