Qızılca istənilən yaşda müşahidə edilə bilər.
Pravda.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.
Onun sözlərinə görə, lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər: "3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir. Xəstə insandan yoluxma səpgilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpginin yaranmasından 5 gün sonra baş verə bilər".