“Müğənnilər ağızlarına protez diş qoydururlar. Rəngi də ağappaq. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Sanki ağzına təbaşir yapışdırıb. Bunu etməmişdən əvvəl bir düşün ki, təbii dişin nə rəngdədirsə, dişlərini o rəngdə et də... Hələ bu azmış kimi, dodaqlarını da şişirdir, nə böyük həcmdə... Sənin haranı bəyənib, haranı tərifləyək?!”
Pravda.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Space star” maqazin verilişinə müsahibəsində deyib.