ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Texniki Komitəsi tərəfindən hazırlanıb.
İdarəetmənin səmərəli təşkili, proseslərə düzgün nəzarət, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, risklərin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamətində Naftalan Şəhər Bələdiyyəsində işlər uğurla həyata keçirilmişdir.
Standart Beynəlxalq Sertifikatlar Reyestrində qeydiyyata alınaraq ümümdünya siyahıya daxil edilmişdir.
Bələdiyyənin fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartına uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsində önəmli olacaqdır.