"Dədələrinə 10 qəpik xeyri olmayan insanlar bu günlər Azərbaycan televiziyalarında çalışan əməkdaşlarını aşağılayıb, onların ünvanına layiq olmadıqları sözləri deyirlər. Nə istəyirsiniz? Əgər sən pul qazana bilmirsənsə, səni çağırıb verilişlər vermirlərsə, bu, sənin günahındır. Çünki sənin apardığın verilişlər baxılmır. Əgər əksinə baxılan olsaydı, sənə veriliş verib, otuzdurardılar başda. Səni heç toylara da aparıcı kimi çağıran yoxdur". Axşam.az xəbr verir ki, bu sözləri aparıcı Elgiz Əkbər həmkarı Kamran Həsənlinin ünvanına deyir. Bu haqda "Elgizlə izlə" proqramında danışan aparıcı Kamranın bir neçə gün əvvəl telekanalları tənqid etməsinə əsəbiləşib.
O bildirib ki, hazırda Kamrana heç bir kanalda iş verilmədiyi üçün həmkarlarını tənqid edir: