Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 7 milyon 223,2 min baş qoyun və keçi olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 8,9% və ya 705,2 min baş azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının əvvəlində ölkədə 7 milyon 928,4 min baş qoyun və keçi olub.
Onu da qeyd edək ki, son 5 ildə qoyun və keçilərin sayında daha kəskin azalama qeydə alınıb. 2019-cu ilin noyabr ayının əvvəli ilə müqayisədə qoyun və keçilərin sayı 14,5% azalıb.
Son 5 ilin noyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub: