"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. Qaynarinfo xəbər verir ki, QSC bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalayacaq.
Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. Bu halda südün 1 litri 2,73 AZN-ə düşür. Bazarda inək südünün 1 litri 1,40 AZN, camış südünün 1 litri isə təxminən 2 AZN-dir.
Ticarət şəbəkələrində isə pasterizə olunmuş südün 1 litri 2 manat civarındadır.