Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanan layihənin icrasına başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən #mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək.