Müğənni Şəbnəm Tovuzlunu Qazaxıstanda "pul yağışı"na tutublar.
Pravda.az bizim.media-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin doğum günü olub.
39 yaşına qədəm qoyan Şəbnəmi təbrik etmək üçün ətrafı başına toplaşıb. Qol qaldırıb rəqs edən müğənnini dostları əhatəyə alaraq başına dollar əskinaslarından ibarət pul səpiblər.