İsveçin paytaxtı Stokholmda Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci illiyinə həsr olunmuş seminar keçirilib.
Tədbiri İsveçdə çıxan “Tribun” dərgisi Redaksiya Heyətinin təşəbbüsü və Tədarük Komitəsi təşkil edib.
Seminarda “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, Süheyla Əzizi iştirakçıları seminarın gündəliyi ilə tanış edib. Doktor Yunis Leysi Dərilu Azərbaycan Milli Hökumətinin qurulması, fəaliyyəti və süqutundan sonrakı dövrlərdə Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyəti barədə yeni faktlar əsasında aparmış olduğu araşdırmaların nəticələri barədə məruzə edib.
Seminarda qonaq kimi iştirak edən Milli Məclisin deputatı, professor, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov Güney Azərbaycan Milli Hökumətinin tarixi, onun əhəmiyyəti, Yaxın və Orta Şərq xalqlarının milli azadlıq hərəkatlarına təsirindən danışıb.