Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.