Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müraciətlərə baxmağa hazırdır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "BBC World"ə müsahibəsində deyib.
"Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Lakin biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq üçün ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, biz müəyyən etməliyik ki, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığına və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq", - deyə o bildirib.