Xəbər verdiyimiz kimi, ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan qadın Aqşin Fatehi sevdiyini bildirib. Sonxeber.az xəbər verir ki, Aqşin Fateh verilişin canlı efirinə zəng vuraraq məsələ ilə bağlı açıqlama verib: "Mən ailəliyəm. 4 övladım var. Şok vəziyyətdəyəm. Zəng vurub nə deyim bilmədim. Nənəm yaşında qadındır. Çıxıb efirdə deyir mən Aqşini sevirəm. Onu istəyirəm".
Aqşin Fateh bildirib ki, qadın iş yerinə dəfələrlə gələrək isçiləri narahat edib: