Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.
İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.