Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırıması üzrə işlər davam edir.
Dini Komitə: Azərbaycanda radikal ekstremist qruplara qarşı mübarizə aparılır
O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib:
"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırıması üzrə işlər davam edir. Onlar din adından istifadə edirlər. Heç bir din nə radikalizm, nə də ekstrelizmə çağırış etmir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır"./Report