“Azərbaycan işğaldan azad edilən ərazilərimizdə böyük yenidənqurma-bərpa işləri görür və bu dünyada unikal təcrübədir”. “Trend” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bu unikal təcrübəsini bölüşməyə hazırdır.