Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı Bulvarında gəzinti qayığı batdı - YENİLƏNDİ - 2

1 181
Paylaş:
Bakı Bulvarında gəzinti qayığı batdı -   YENİLƏNDİ - 2

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

***

12:13

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

***

11:53

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar xəttinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilas etmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata batma təhlükəsində olan vətəndaşlar xilas olunub.

Paylaş:

Ən son xəbərlər