Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bulvarda qayıq necə batıb? - TƏFƏRRÜAT

735
Paylaş:
Bulvarda qayıq necə batıb? -     TƏFƏRRÜAT

Bu gün saat 11:10  radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan “Delfin-2” gəmisi sualtı maneə ilə üzləşib və nəticədə qəza baş verib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həmin an gəmidə üç heyət üzvü  və üç nəfər sərnişin olub.

Dərhal Dövlət Dəniz və Liman Agentliyinin  Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin  operatorları Fövqəladə Hallar Nazirliyinə və Sahil Mühafizə Xidmətinə məlumat veriblər. Gəmidə olan şəxslər xilas olunublar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər