“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib.