“Kristal Abşeron” şirkəti inşa etdiyi layihələrin təmir-tikinti keyfiyyətini artırmaq üçün bir sıra addımlar atıb. Şirkət yeni qlobal markalarla əməkdaşlığa başlayıb. Bu markalar aşağıdakılardır.
Amerika markası “Guardian Glass” pəncərə şüşələri
Mənzilin pəncərə şüşələrinin düzgün seçilməsi binanın həm estetikliyini, həm də enerji səmərəliliyini artırır və büdcəyə qənaət etmək üçün şərait yaradır. “Guardian Glass” pəncərə şüşələri temperatur izolyasiya xüsusiyyəti sayəsində mənzildaxili temperaturu qoruyur. Səs izolyasiya xüsusiyyəti isə kənar səs-küyün mənzilə daxil olmasının qarşısını alır. Yüksək şəffaflığa malik bu şüşələr gün işığının mənzilə daha çox daxil olmasını təmin edir. Əksetdirmə xüsusiyyəti isə mənzilə daxil olan zərərli günəş şüalarının qarşısını alır. Fasad izolyasiya ilə birlikdə “Guardian Glass” pəncərə şüşələrinin istifadəsi enerjiyə 45%-dək qənaət etmək fürsəti yaradır.
Kanada markası “Coswick” mühəndis parketləri
“Coswick” mühəndis parketləri ən son istehsal texnologiyalarına və yüksək dəqiqliyə sahib müasir qurğularda yüksək keyfiyyətli ağacdan istifadə edilərək hazırlanır. Təmirdə istifadə edilən parket həm interyerin estetikliyinə, həm də mənzilin rahatlığına birbaşa təsir edir. Bu amilləri nəzərə alıb deyə bilərik ki, “Coswick” mühəndis parketləri ideal seçimdir. Uzunmüddətli istifadəyə yararlılıq, cızıqlara və korroziyaya davamlılıq, temperatur və səs izolyasiya xüsusiyyəti, quraşdırma asanlığı, dizayn funksionallığı və ekoloji təmizlik “Coswick”in əsas üstünlükləridir.
Yaponiya markası “Mitsubishi” liftləri
Lift sənayesində təhlükəsizlik əsas prioritetdir. “Mitsubishi” liftləri sənaye standartlarını qabaqlayan təhlükəsizlik texnologiyaları ilə təchiz edilib. Həmçinin şirkət ətraf mühitə təsirini minimuma endirmək üçün ekoloji cəhətdən təmiz materiallardan istifadəyə üstünlük verir. Buna görə də sakinlər “Mitsubishi” liftlərindən inamla istifadə edə bilərlər. Sürətli daşınma, səs-küysüz işləmə, ağıllı lift həlləri, enerji səmərəliliyi “Mitsubishi” liftlərinin əsas üstünlüklərindəndir.
İtaliya istehsalı “Immergas” kombi sistemləri
Kombi sistemləri arasında “Immergas” məhsulları enerjiyə qənaət məsələsində digərlərindən ciddi şəkildə fərqlənir. “Immergas” kombi sistemləri həm mənzili, həm də məişət istifadəsi üçün lazım olan suyu eyni anda qızdırır. Bu inteqrasiya iki ayrı istilik sisteminə olan ehtiyacı aradan qaldıraraq enerji səmərəliliyini artırır. Kombi qızdırma sistemi tətbiq edilən “Kristal Abşeron” layihələrində “Immergas”dan istifadə ediləcək.