"15 il efirlərdə olmuşam. İndi küçələrdə corab satıram”.
Bunu Baku TV-nin "Arzunun vaxtı” verilişində meyxanaçı Məşədi Babanın bibisi qızı, bir vaxtların məşhur siması Şahnaz Bulatova deyib.
Efirlərdən uzaq düşməsinin səbəbinin övladlarının xəstəlikdən əziyyət çəkməsi olduğunu söyləyən müğənni evini də övladlarına görə satdığını qeyd edib.