Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rəşad Dağlının "Niva"sı satılır - VİDEO

1 596
Paylaş:
Rəşad Dağlının "Niva"sı satılır -       VİDEO

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.


Pravda.az axşam.az-a istinadən verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.


Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.


Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.

 

Paylaş:

Ən son xəbərlər