Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qaraçuxurda mağazadan 4 880 manat dəyərində ət oğurlanıb

547
Paylaş:
Qaraçuxurda mağazadan 4 880 manat dəyərində ət oğurlanıb

Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.


Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər