Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Güclü külək "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, şəhərə elektrik verilməsi dayanıb - VİDEO

1 186
Paylaş:
Güclü külək "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, şəhərə elektrik verilməsi dayanıb -     VİDEO

Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.

Külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.

Qusar və Xaçmaz rayonlarında isə, iri gövdəli ağacları külək elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

APA

Paylaş:

Ən son xəbərlər