Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək

874
Paylaş:
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından hava şəraiti dəyişib.


Pravda.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.


O bildirib ki, bəzi yerlərdə güclü qərb küləyi əsib. Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, əksər rayonlarda isə 25 m/san-dək güclənib.


Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/san-ə çatıb.


Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.


Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Əhalinin ehtiyatlı olması məsləhət görülür.





Paylaş:

Ən son xəbərlər