BURADA REKLAMINIZ OLA
BİLƏR

Müddət uzadıldı

Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenidən uzadıldı.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə olma müddəti (90 gün) bitən və müvafiq dövlət rüsumu ödəməklə müddəti 60 gün uzadılmış şəxslərin ölkədə olma müddəti dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət aradan qaldırılanadək heç bir müraciət olmadan, əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur (uzadılır): "Sərhədlərdə hərəkət bərpa olunduqdan sonra ölkə ərazisində olma, tərk edilməsi müddətləri və qaydası barədə əlavə məlumat veriləcək".

Tarix: 12 May 2020, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin