Baş Prokurorluq təbii qazdan istifadə edən əhaliyə müraciət edib.
Baş Prokurorluğun müraciətində deyilir:
"Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki halda qığılcım əmələ gəlir.
- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.
- Qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya digər alışqanı yandırın sonra qaz kranını açın.
- Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.
- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.