Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Mərasimdə VK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.
VK-nın sədri Anar Bağırov tədbirdə qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.