Məzmuna keç
Pravda.az — xəbər portalı
Qarabağ

Ağdamın məşhur "Çay evi" yerində inşa ediləcək

866
Paylaş:
Ağdamın məşhur "Çay evi" yerində inşa ediləcək

Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq.


Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.


"Bunun 70 %-ni yaşıllıqlar, 25 %-ni səki və meydançalar, 5 %-ni isə tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin, məşhur Ağdam Çay Evinin inşası nəzərdə tutulub”, - deyə o qeyd edib./Report

Paylaş:

Ən son xəbərlər