Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb.