Qubanın Bağbanlı kəndində dünən baş verən qətllə bağlı bəzi məqamlar məlum olub.
Qətl hadisəsi baş verən ailənin yaxınları bildiriblər ki, 86 yaşlı anasının qətlinə görə tutulan Zülfüqar İsmixanov əsəb xəstəliyindən əziyyət çəkib. Hətta bir neçə dəfə psixonevroloji mərkəzdə müalicə alıb. Onun həmçinin spirtli içki aludəçisi olduğu, qətli sərxoş halda törətdiyi bildirilib.