BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyada sərhədlər bu tarixdə açılır

Almaniyanın hökuməti 15 iyundan etibarən qonşu dövlətlərlə sərhədləri tədricən açmağı və koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan nəzarəti tamamilə ləğv etməyi düşünür.

Pravda.az-ın xəbərinə görə, bu barədə “Bild” nəşri Almaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya hökuməti bu həftə planlarını rəsmi olaraq açıqlayacaq. Ehtimal olunur ki, nəzarət adi seçmə yoxlamalarla əvəz olunacaq. Bildirilir ki, Almaniya kansleri Angela Merkel sərhədlərin açılması məsələsini Fransa Prezidenti Emmanuel Makron və Avstriya kansleri Sebastian Kurtzla da müzakirə edib. Nazirlər Kabinetinin iclasında Merkel Parisin bu günə qədər sərhədlərdəki adi rejimə qayıtmağa hazır olmadığını, lakin Fransa hakimiyyətinin də iyunun ortalarında sərhədləri açacağına inandığını deyib.

Nəşr yazır ki, Avropa Komissiyasının planına əsasən, əvvəlcə AB daxilində koronavirusun yayılması ilə bağlı vəziyyət nisbətən oxşar olan ölkələr arasında sərhədlər açılacaq. Bu barədə sənəd gələn çərşənbə günü təqdim ediləcək.APA

Tarix: 12 May 2020, 21:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin