2023-cü ilin bitməsinə az qalıb. Vətəndaşların bütün sahələrdə yeni ildən gözləntiləri çoxdur.
Bəs, görəsən növbəti il kimlərin maaş və pensiyaları artacaq?
Pravda.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Xəzər TV-yə bildirib ki, cari ildə olduğu kimi, gələn ildə də bir sıra sahələr üzrə əməkhaqlarında artımlar nəzərdə tutulur.