Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda avtomobil məscidin hasarına çırpılıb, ölən var

796
Paylaş:
Bakıda avtomobil məscidin hasarına çırpılıb, ölən var

Bakıda avtomobil idarəetməni itirərək Heydər məscidinin divarına çırpılıb.

Pravda.az APA-ya istinadən xəbər verir ki, Salyan sakini Müslim Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə o, avtomobili məscidin hasarına vurub.

Qəza nəticəsində sürücü və sərnişin Nihat Mehdizadə müxtəlif növ xəsarətlər alıblar. Digər sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:

Ən son xəbərlər