Əvvəlki illərin məzunları üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:
- Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı
- Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan