Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.
Prezident qanunu imzaladı: Müddət uzadıldı
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır.
Əvvəl bu müddət 2024-ci il yanvarın 1-dək müəyyən edilmişdi.