Azərbaycan Tibb Universiteti (ATU) ilə keçmilş işçisi Nərgiz Hacıyeva arasında qalmaqal davam edir.
Qaynarinfo xəbər verir ki, Nərgiz Hacıyeva bir müddət əvvəl işdən çıxarılıb. O, işdən çıxarılmasını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.
Nərgiz Hacıyevanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı olub. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Lakin Nərgiz Hacıyevanın iddiası təmin olunmayıb. O da öz növbəsində apellyasiya şikayəti verib.