Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xocavənddə yük avtomobili aşdı, sürücü öldü

1 141
Paylaş:
Xocavənddə yük avtomobili aşdı, sürücü öldü

Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

Hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu "Hovo" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb.

Sürücü A. Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər