“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.