Azərbaycan Mərkəzi Bankının yeni qəbul etdiyi qərarla valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə diferensiallaşdırma aparılıb.
Həmin tələbi ödəyənlər lisenziyalaşdırılacaq və fiziki şəxslərə, turistlərə xidmət göstərə biləcəklər. Xəzər TV-yə Mərkəzi Bankın şöbə rəisi Xəyyam İsmayılov bildirib ki, yeni qaydalara görə, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları ala biləcəklər. Bəs bir vətəndaş gün ərzində müxtəlif məntəqələrdən şəxsiyyət vəsiqəsi təqdim etmədən, ayrı-ayrılıqda 500 dollar dəyərində valyuta dəyişə bilərmi?
Xəyyam İsmayılov deyib ki, əgər fiziki şəxs il ərzində 20 min manatdan artıq əməliyyat həyata keçirirsə, bu zaman ona münasibətdə müştəri uyğunluğu tətbiq ediləcək.