Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
TƏBİB-dən verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 150 civarında təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.