Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb: “Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər”.
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Yeni ödəniş üsulunun üstünlükləri nədir?
Metronun bütün stansiyalarında QR biletlə ödəniş sərnişinlərə bir sıra üstünlüklər verəcək. Bu yenilik “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu yeniliklə həmçinin “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac olmayacaq: “Sərnişin hesabınınbalansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər. Bundan başqa, sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər”.
Qeyd edək ki, QR bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya“App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.
QR bilet istifadəçiləri bunları bilməlidirlər: