Xəbər verdiyimiz kimi, ötən gün "İctimai TV"də yayımlanan "Maska" şousunun növbəti buraxılışı baş tutub. Axşam.az-ın məlumatına görə, aparıcı Kamilə Babayeva "Cırtdan" obrazı ilə şou göstərən iştirakçının özü haqqında açıqladığı faktlar zamanı "Estetik əməliyyat etdirmişəm" sözlərinə münasibət bildirib.
Kamilə şou-biznesdə ondan başqa hamının estetik etdirdiyini vurğulayıb:
"Ümumiyyətlə şou-biznesdə, bu sahədə estetik əməliyyat etdirməyən yeganə insan məncə özüməm. Heç nə etdirməmişəm. Burnumu ömürboyu deyiblər, eləmədim. Düşünürəm ki, necə varam, elə də yaxşıyam. Belə də qəbul olunmuşam".