Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.
Bakıda 40 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Qeyd: Dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlu kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.